ABŞ Prezidenti Co Baydenlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən həftənin sonunda bir araya gəlməsi və bununla da yenidən qızışan Türkiyənin F-16 almaq istəyinə dair tələbi ABŞ Konqresinin Nümayəndələr Palatasını hərəkətə gətirib.
Teleqraf.com xəbər verir ki, Təmsilçilər Məclisinin 41 üzvü Dövlət Katibi Antoni Blinkenə məktub yazaraq Türkiyəyə F-16 satılmasına etiraz edib.
Konqresmenlər Chirs Pappas, Gus Bilirakis, Karolyn Maloneyin təşkilatçılığı ilə hazırlanan məktubda bəyan edilir ki,Türkiyənin F-16 almaq tələbi mövcud şərtlər daxilində Türkiyəyə yanlış siqnal göndərir.
“Biz Qərbdə kök salmış Türkiyə arzusunu paylaşırıq, lakin Ərdoğan hökuməti ABŞ qanunlarını pozmaq imkanı və NATO müttəfiqlik standartlarından qaçarsa, buna nail ola bilmərik”,- məktubda bildirilib.
Məktubda həmçinin xatırladılıb ki, ABŞ Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığı üçün Türkiyəyə qarşı artıq sanksiyalar tətbiq edib.
ABŞ ilə Türkiyə arasında yaşanan gərginlikdən sonra CAATSA (ABŞ-ın Düşmənlərinə Sanksiyalar Yoluyla Mübarizə Aktı) sanksiyalar tətbiq etmək qərarına gəlib və Türkiyə F-35 proqramından çıxarılıb.