ABŞ hökumətindən Avstriyanın paytaxtı Vyanada İranın nüvə proqramına dair aparılan danışıqların dayanaıdırlması tələb olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan üzvlərinin Ağ Evə ünvanladıqları məktubda bildirilib.
Konqresmenlər məktubda İranı ötən həftə ABŞ-ın Suriyanın cənubundakı Ət-Tənf hərbi bazasına dronlarla hücumda ittiham ediblər. Onların fikrincə, bu hücumun arxasında İran dayanır.
Amerikalı konqresmenlər bildiriblər ki, İran təkcə bölgədə ABŞ və müttəfiqlərinə qarşı hücumlarının sayını artırmayıb, eyni zamanda, ölkə daxilində gizli nüvə fəaliyyətini gücləndirib.
İranın təhdidlərinin davam etdiyi deyilən məktubda ABŞ Prezidenti Co Bayden Tehrana qarşı tətbiq edilən sanksiyaları artırmağa və sərtləşdirməyə çağrılıb. Konqresmenlər hesab edir ki, indiki durumda İrana qarşı sanksiyaların ləğvi məqsədəuyğun deyil.