Türkiyədə son sutkada 203 nəfər koronavirusun qurbanı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 358 326 nəfər test edilib, onların 27 474-nün koronavirus testi pozitiv nəticə verib, 30 584 nəfər sağalıb.
İndiyədək ölkədə koronavirusa qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 117 311 720 peyvənd tətbiq edilib ki, bunun 89,59 faizi birinci, 79,19 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.