Fransada silahlı hücum baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanin özünün Tvitter hesabında məlumat yayıb.
Nazir bildirib ki, Fransanın Kannes şəhərində baş verən silahlı hücum zamanı bir polis əməkdaşı yaralanıb.
“Silahla hücum edən şəxs zərərsizləşdirilib”, - Darmanin qeyd edib.