11 Noyabr 2021 22:44
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna tərəfi Rusiya ilə “xalq müharibəsi”nə hazır olmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general İqor Romanenko deyib.

O, Ukrayna rəhbərliyinə Rusiya ilə silahlı qarşıdurmaya hazırlaşmağı tövsiyə edib və qeyd edib ki, Azərbaycanın ötən il Qarabağda Ermənistanla hərbi münaqişədə iştirakı təcrübəsi bu işdə Kiyevə kömək edə bilər.

Onun sözlərinə görə, Azərbaycanın üstünlüyü, xüsusən də Türkiyə və İsrailin tədarük etdiyi müasir silahlarda olub. O qeyd edib ki, məhz bu, Azərbaycana müharibənin nəticəsini öz xeyrinə həll etməyə imkan verib.

Romanenko Rusiyanın hazırkı hərbi potensialının Ukraynanınkından yüksək olduğuna diqqət çəkib və Kiyevi ordunu müasir texnologiya və yeni silahlarla yenidən təchiz etməyə, eləcə də hərbi əməliyyatlara hazır olmaq üçün təlim səviyyəsini yüksəltməyə çağırıb.

Rusiyalı hərbi ekspert Boris Yulin də hazırda Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibə ehtimalı həddindən artıq yüksək olduğunu iddia edib.

Onun fikrincə, açıq münaqişə hər iki ölkənin hökumətləri üçün faydalı ola bilər, çünki bu, cəmiyyətin diqqətini daxili problemlərdən yayındıracaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər