Aprelin ortalarından Ukraynada hərbi münaqişə nəticəsində 4132 nəfər həlak olub.
Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə İdarəsinin (UN-OCHA) hesabatında bildirilir.
“Noyabrın 11-nə olan məlumata əsasən, Malayziya təyyarəsinin həlak olmuş 298 sərnişini də daxil olmaqla, Ukraynada münaqişə dövründə 4 132 nəfər həyatını itirib, 9 747 nəfər yaralanıb”, sənəddə deyilir. Növbəti hesabat noyabrın 28-də təqdim olunacaq.