14 Noyabr 2021 20:56
355
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Hörmüzgan vilayətində polislə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan dəstə arasında silahlı toqquşma baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə vilayətin polis idarəsinin rəisi general Qulamrza Cəfəri bildirib. O qeyd edib ki, operativ məlumat əsasında xüsusi əməliyyat hazırlanıb və qaçaqmalçılar təqib olunub. Qaçaqmalçılar yükü 1,4 ton tiryəkdən ibarət olan avtomobillə qaçmağa cəhd ediblər. Polis silah tətbiq etmək məcburiyyətində qalıb və iki qaçaqmalçı həlak olub.

Avtomobilə baxış zamanı tiryəkdən başqa, 3 ədəd tüfəng, 1 ədəd Kalaşnikov avtomatı və 200 ədəd patron aşkar edilərək müsadirə olunub. İstintaq aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər