16 Noyabr 2021 14:24
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa tezliklə seçim etməli olacaq: ya Rusiyadan karbohidrogen tədarükündən asılılığını artıracaq, ya da Ukraynanı dəstəkləyərək, sülh və sabitliyin bərqərar olmasını müdafiə edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Boris Conson deyib.

Eyni zamanda. Böyük Britaniyanın baş naziri Rusiyanı “böyük ölkə” adlandırıb və onu təcrid etmək cəhdlərinə etiraz edib:

“Ukraynanın suverenliyini və bütövlüyünü dəstəklədiyimizi deyəndə, bunu Rusiya ilə qarşı-qarşıya gəlmək və ya bu böyük ölkəni hansısa yolla strateji cəhətdən təcrid etmək və ya sabitliyi pozmaq istədiyimiz üçün etmirik.

Conson Londonun onun dəyərlərini bölüşən dövlətlərlə qarşılıqlı əməkdaşlığa diqqət yetirmək niyyətində olduğunu vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər