19 Noyabr 2021 13:16
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın hər an gərgilik yaradacağını yaxşı bilirik. Ölkəmizi və uşaqlarımızın gələcəyini müdafiə etməyə hazırıq. Bu eskalasiya bütün Avropa üçün nəticələr yaradacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın Müdafiə naziri Oleksey Reznikov deyib.

Məlumat üçün qeyd edək ki, Rusiya Ukrayna sərhədlərinə yaxın bölgələrə hərbi silahlar və personlar yığmağa davam edərkən Ukrayna Müdafiə naziri Oleksey Reznikov Vaşinqtonda görüşlər keçirir.

Pentaqon ABŞ müdafiə naziri Lloyd Austin ilə Oleksey Reznikovun görüşü ilə bağlı verdiyi yazılı açıqlamada qeyd edib ki, nazirlər Rusiyanın regionda sabitliyi pozan hərəkətləri və ABŞ-Ukrayna arasında imzalanan Strateji Müdafiə Çərçivəsində qeyd olunan birgə müəssisə də daxil olmaqla bir sıra təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Reznikov isə Ukraynanın ABŞ ilə strateji münasibətlərini və Rusiyanın təcavüzünə qarşı mübarizədə ABŞ-ın köməyini yüksək qiymətləndirdiyini bildirib. Reznikov bildirib ki, Ukrayna xüsusilə Rusiyanın hibrid hücumlarına qarşı mübarizə sahəsində ABŞ ilə tərəfdaşlığını inkişaf etdirməkdə qərarlıdır.

“Ukraynada biz çox yaxşı bilirik ki, Rusiya hər an gərginliyi artıra bilər. Biz ölkəmizi və uşaqlarımızın gələcəyini müdafiə etməyə hazırıq. Bu mümkün eskalasiya şübhəsiz ki, bütün Avropa üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Bunun baş verib-verməyəcəyi sivil dünyanın bu təcavüzə qarşı birlik və əzmindən asılıdır”, -ukraynalı nazir deyib.


Müəllif: Nemət

Oxşar xəbərlər