20 Noyabr 2021 23:49
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamenti ölkədə ev heyvanları saxlamağı və it gəzdirməyi qadağan edən qanunun qəbulu üçün hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, qüvvəyə minəcək yeni qanuna görə, it saxlayan və gəzdirənlər külli miqdarda cərimə olunacaqlar.

Qanun layihəsinə əsasən, müvafiq orqanlar itləri daşıyan nəqliyyat vasitələrini üç ay müddətinə müsadirə edəcəklər. Həmçinin, ev sahiblərinə it və pişik saxlayanlara mənzil kirayə verməyi yasaqlayacaq.

İslamda evdə it saxlamaq murdar sayılır, İranda din xadimləri bütün ev heyvanlarına qarşı sərt mövqe tuturlar. Onlar həmçinin güman edirlər ki, gəzən itlər ictimaiyyət arasında panika yaradır.

İslami Qaydalar və Mədəniyyət Nazirliyi 2010-cu ildə ev heyvanları və onlarla bağlı məhsulların reklamını qadağan edib. Beş il əvvəl parlamentə it sahiblərinin cərimələnməsi və ya şallaqlanması ilə bağlı qanun layihəsi təqdim edilmişdi.

İranda itlərin ev heyvanı kimi saxlanması 1979-cu il İslam İnqilabından bəri mübahisəli məsələ olub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər