Braziliyada Amazon meşələrinin qırılması keçən il 22 faiz artaraq 2006-cı ildən bəri ən yüksək həddə çatıb.
Teleqraf.com xəbər verir ki, bunu Braziliyanın Milli Kosmik Tədqiqatlar İnstitutu (INPE) öz hesabatında açıqlayıb.
Bildirilir ki, 2020-ci ilin avqustundan 2021-ci ilin iyuluna qədər Amazonda 13 min 235 kvadrat kilometr meşə sahəsi qırılıb. Meşə itkisi təxminən Monteneqro böyüklüyündə, ABŞ-ın Nyu-York şəhərindən isə təxminən 17 dəfə böyükdür.
Braziliyanın “Climate Observatory” (İqlim Rəsədxanası) təşkilatı hökumətin Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) bilərəkdən meşələrin qırılması məlumatlarını gizlətdiyini iddia edib.
Braziliya hökuməti COP26-da Amazon tropik meşələrində 2028-ci ilə qədər qeyri-qanuni meşələrin qırılmasına son qoyacağına söz verib.