22 Noyabr 2021 22:58
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko son həftələrdə gərginliyin artdığı Avropa Birliyi-Minsk münasibətləri ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Lukaşenko Polşa-Belarus sərhədindəki miqrant böhranının müharibəyə çevrilmək ehtimalı ilə bağlı xəbərdarlıq edib.

“Biz Polşa ilə qabaq-qabağa gəlmək istəmirik, bu problem müharibəyə çevrilə bilər. Belarus sərhəddə qalan 2000 qaçqını qəbul edib-etməməsi ilə bağlı Avropa Birliyindən cavab gözləyir”, - dövlət başçısı qeyd edib.

Avropa Birliyinin Minsklə təmasdan yayındığını söyləyən Lukaşenko Polşanın iki ölkə arasındakı dəmir yolunu bağlamaq təhdidi ilə bağlı bunu deyib:

“Bu plan əks nəticə verə bilər. Çünki bu durumda qatarlar Ukraynanın Donbas bölgəsindən keçməli olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər