23 Noyabr 2021 10:28
1 774
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın La Palma adasında dənizə çatan vulkan lavasının suya qarışması nəticəsində zəhərli qazın yarana biləcəyi ehtimalına qarşı 3 sahil qəsəbəsində komendant saatı elan edilib, küçəyə çıxmaq qadağası tətbiq olunub.

Teleqraf.com xəbər verir ki, sentyabrın 19-da La Palmada püskürməyə başlayan Kumbre Vexa vulkanından açılan üçüncü lava axını bu gün dənizə çatdıqdan sonra ada rəhbərliyi hərəkətə keçib.

Adadakı Tasakorte, San-Boronon və El-Kardon qəsəbələrində zəhərli qazın yayılma ehtimalına qarşı komendant saatı elan edilib. Təxminən 3000 insanın 24 saat evdən çıxmaması tələb olunub.

Kənardan havanın daxil olmasının qarşısını almaq üçün vətəndaşlara qapı və pəncərələri bağlı saxlamaları və ventilyasiya sistemlərini söndürmələri barədə xəbərdarlıq edilib. Açıqlamada La Palma hava limanının da kül səbəbiylə yaxın 48 saat ərzində bağlı qalacağı bildirilib.

İki aydan artıqdır aktiv olan Kumbre Vexa vulkanından axan lavanın indiyə qədər 1651 hektar ərazini və 2651 tikilini yandırdığı deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər