24 Noyabr 2021 08:45
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filippində dünyanın ən yaşlı insanı Fransiska Susano 124 yaşında vəfat edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə F.Susanonun yaşadığı Kabankalan şəhərinin rəsmi "Facebook" səhifəsində deyilir.

Məlumata əsasən, F.Susano noyabrın 22-si axşam saatlarında vəfat edib: "Ürəyimizdə kədərlə bizim sevimli Fransiska Susanonun vəfatı barədə xəbər aldıq. O, həmişə bizim ilhamımız və qürurumuz olaraq qalacaq".

Şəhər hakimiyyətinin sözlərinə görə, Fransiska Susanonun dünyanın ən yaşlı insanı statusu Ginnesin Rekordlar Kitabı tərəfindən rəsmi olaraq təsdiqlənib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər