24 Noyabr 2021 10:25
2 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin sabiq baş naziri, Gələcək partiyasının sədri Əhməd Davudoğlu lirənin kəskin ucuzlaşmasına etiraz olaraq, küçələrə çıxanlara reaksiya verib.

Teleqraf.com xəbər verir ki, o, bu məsələnin küçədə yox, seçkilərdə həll edilməli olduğunu deyib.

“Bu iş küçədə yox, qutuda həll olunur. Sizi küçəyə çağıranlara qulaq asmayın, tələyə düşməyin. Seçki ilə gələn seçki ilə də gedəcək”, - Davudoğlu bildirib.

Dünən Ankara, İstanbul, İzmir, Kocaəli və Əskişəhirdə insanlar gün boyu məzənnə artımına etiraz olaraq küçələrə çıxıb.


Müəllif: Mənsur Rəğbətoğlu