26 Noyabr 2021 19:13
1 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın xarici ərazisi olan Karib dənizindəki Martinik adasında koronavirus məhdudiyyətlərinə və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə yüzlərlə işçinin təşkil etdiyi etiraz aksiyaları zorakılığa çevrilincə səlahiyyətlilər hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, Martinik qubernatoru Stanislas Kazel komendant saatının tətbiq olunduğunu deyib.

Qubernator zorakılıq hərəkətlərini ən sərt şəkildə pislədiyini bildirib: “Polislərin işləyə bilməsi məqsədilə sakitlik əldə olunana qədər saat 19:00-dan 05:00-a qədər komendant saatı tətbiq etməyə qərar verdik".

Qeyd edək ki, etirazçılar Fort-de-Frans şəhərində zibil konteynerləri olan avtomobilləri yandırıblar, polis və yanğınsöndürənlərə də atəşə tutulub. Noyabrın 21-də adada başlayan etirazlar daha da intensivləşib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər