16 Noyabr 2014 15:44
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya İslam elmi tarixinin tədqiqatçısı professor Fuad Sezgin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika ilə bağlı dediyi sözləri təsdiqləyib.

ANS PRESS-in məlumatına görə, İstanbulda mətbuat konfransı keçirən Fuad Sezgin Amerika qitəsini Xristofer Kolumbdan önjə müsəlman dənizçilərin çıxdığını deyib.

"Bunu yazmışam, lakin bu günə qədər millətimdən heç kəs mənə dəstək verməyib. Buna təəssüf edirəm. Mən bu sözlərlə sizi hərəkətə keçirmək istəyirəm. Allah sizə bir həyat verib, lakin bunu yaxşı istifadə etmirsiniz. Sizi bunu yaxşı istifadə etməyə çağırıram. Kitabda yazılan hər şey doğrudur. Gələcək zamanlarda bunları müdafiə etməyə özünüzü hazırlayın", - deyə Sezgin bildirib.


Müəllif: