Kürdüstan Regional Hakimiyyətində yüksək vəzifə tutan Fuad Hüseyn Iraq Şam İslam Dövlətinin (İŞİD) malik olduğu hərbi gücün Qərbin təsəvvür etdiyindən 7 qat artıq olduğunu bildirib.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Fuad Hüseyin İŞİD-in ən azı 200 min döyüşçüsü olduğunu bildirib.
Ötən ilin yanvarında ABŞ xarici işlər naziri Con Kerri ilə görüşən Fuad Hüseyn Məsud Bərzaninin "sağ əli" kimi tanınır. O, "Independent"in əməkdaşı Patrik Cocburna müsahibəsində İŞİD haqqında deyib: "Yüz minlərlə döyüşçüdən bəhs edirəm. Çünki İŞİD ələ geçirdiyi bölgələrdə gənç ərəbləri öz tərəfinə çəkə bilir. Təşkilat eyni vaxtda 10 fərqlı bölgədə döyüşür".
İŞİD-in 200 min nəfərlik bir orduya malik olduğunu önə çəkən Fuad Hüseyinə görə, terror təşkilatının eyni vaxtda həm Iraq, həm də Suriyaya hücum etməsi də bunu təsdiq edir.
Nihad