“Şərqi Avropa və Qara dənizdə Rusiya və NATO arasında siyasi-hərbi münasibətlər gərginləşir. NATO Polşa, Baltikyanı bölgə və Qara dənizdəki hərbi qüvvələrinin sayını artırmağa başlayıb”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, ABŞ və NATO-nun bu səyləri Rusiyanın Polaşa və Ukaryanaya qarşı artan aqresiyyasının qarşısını almaqdır:
“Rusiya NATO -dan çəkinib, Ukrayana qarşı genişmiqyaslı müharibə apara bilərmi? Təbii ki, qarşısında daha böyük güc görən Rusiya Ukrayna ilə toqquşmalardan çəkinəcək. ABŞ-ın Yunanıstan adalarına çıxardığı hərbi birliklər və Qara dənizdəki qüvvələri sabah Ukraynada peyda ola bilər. Buna görə də, 2014-cü ildən fərqli olaraq Rusiyanın qarşısında real güc dayanıb.
NATO və ABŞ-ın Rusiya ətrafında yeni birliklər yığmağa cəsarətləndirən bir başqa amil də İkinci Qarabağ müharibəsidir. Çünki ABŞ və Qərb 30 ildir münaqişənin həllində Rusiya faktorunu qabardaraq prosesdən kənar dayanmışdı. Amma Türkiyə Azərbaycana verdiyi dəstəklə Rusiyanı yeni reallıqla barışmağa məcbur etdi. İndi Qərb Rusiyaya qarşı həmin dəstəyi Ukraynaya verə bilər.
Məhəmməd Əsədullazadə bildirib ki, bir neçə aydır Donbasda lokal hərbi əməliyyatlar keçirilir:
“Ukrayna ordusu separtaçılara zərbələr vurur. Bir neçə yaşayış məntəqəsini azad edib. Belə bir durumda Türkiyə Rusiya və Ukrayna arasında vasitəçilik təklifini verib. Təbii ki, Türkiyənin vasitəçiliyi Ukraynın ərazi bütövlüyünün təmininə hesablanacaq. Amma Ankaranın burada nə qədər təsirli vasitəçi olacağı sual doğurur. Çünki burada qlobal qarşıdurma riski daha böyükdür. ABŞ və NATO Rusiya ilə mümkün qarşıdurmada Ukraynaya açıq dəstək verməyə hazır olduğunu bəyan edib”.