1 Dekabr 2021 21:55
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın Kano əyaləti sahillərində Baqvay çayında gəmi batıb.

Teleqraf.com xəbər verir ki, çaydan 20 nəfərin meyiti çıxarılıb.

Gəmi həddindən artıq yüklənmə səbəbindən batıb.

Axtarış-xilasetmə tədbirləri nəticəsində 7 nəfər xilas edilib.

İtkin düşən sərnişinlərin axtarışları davam edir.

Gəmidə təxminən 40-50 nəfərin olduğu təxmin edilir.


Müəllif: Teleqraf.com