Avstraliyanın Təhsil naziri Alan Tudc keçmiş işçisini istismar etdiyinə görə ona qarşı açılan istintaqdan sonra istefa verib.
Teleqraf.com xəbər verir ki, Baş nazir Skott Morrison verdiyi açıqlamada Tudcın nikahdankənar münasibətdə olduğu keçmiş işçisini fiziki və duyğusal istismara məruz qoyduğuna dair iddiaların araşdırıldığını deyib.
“Bu məsələnin ədalətli və tez həll olunması vacibdir. Nazir bu məsələlərə baxılarkən vəzifədən getmə xahişimi qəbul etdi”, - Morrison bildirib.
Tudc isə 2017-ci ildəki iddialarla bağlı deyilənləri təkzib edərək, münasibətlərin qarşılıqlı razılıq əsasında baş verdiyini deyib.