17 Noyabr 2014 10:39
444

İtaliya İraq Şam İslam Dövlət (İŞİD) terror təşkilatına qarşı mübarizə üçün İraqa dörd qırıcı göndərəcək.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyi açıqlama yayıb. Verilən məlumata görə, qırıcılar noyabrın sonunadək Küveytdə yerləşən hərbi bazaya çatdırılacaq. Rəsmilər qırıcıların ilk olaraq kəşfiyyat işləri aparacağını qeyd edirlər.

Xatırladaq ki, hazırda İraqda 280 italyan hərbçi yerli qüvvələrə təlimlər keçir. Bundan əlavə, İtaliyaya məxsus Boeing KC-767 yanacaqdolduran və iki pilotsuz təyyarə İraqda İŞİD-ə qarşı əməliyyatlarda koalisiya qüvvələrinə yardım edir.

Samir


Müəllif:
Загрузка...