3 Dekabr 2021 18:45
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk lirəsinin dollara nisbətdə məzənnəsi tarixi minimumu yeniləyib – 13,89.

Teleqraf.com xəbr verir ki, cümə günü keçirilən hərracda türk valyutası 2% ucuzlaşıb.

Bir gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan respublikanın xəzinədarlıq və maliyyə nazirini dəyişib. Lütfi Elvanın yerinə uçot dərəcəsinin aşağı salınması siyasətinin davam etdirilməsinin tərəfdarı olan Nurəddin Nebati Türkiyənin Maliyyə Nazirliyinin rəhbəri vəzifəsinə təyin edilib.

Həmçinin, Türkiyə Mərkəzi Bankı lirənin rekord ucuzlaşması fonunda yeni birbaşa valyuta müdaxiləsi həyata keçirəcəyini açıqlayıb.

Dekabrın 3-də “Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini sabitdən mənfiyə “BB-” səviyyəsinə endirib.


Müəllif: Səxavət