5 Dekabr 2021 16:09
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pençe-Kaplan əməliyyatı çərçivəsində İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bazar günü yaydığı bəyanatda deyilir.

Məlumatda bildirilir ki, terrorçular İraqın şimalındakı Pençe-Kaplan bölgəsinə hücum planlaşdırırmış.

Yaraqlıları məhv etmək üçün atəş dəstəyi vasitələrindən istifadə edilib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər bu qanlı təşkilatın əli ilə Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər