Türkiyə Vəkillər Kollegiyasının sədrliyinə seçkilər keçirilib.
Teleqraf.com xəbər verir ki, Vəkillər Kollegiyasının sədri 25 səs çoxluğu ilə indiki Ankara Vəkillər Kollegiyasının sədri Erinç Sağkan seçilib.
Qeyd edək ki, dekabrın 4-5-də Türkiyə Vəkillər Kollegiyasının 36-cı fövqəladə iclasında keçirilən seçkilərdə indiki sədr Metin Feyzioğlu ilə E.Sağkan yarışıb.
E.Sağkan 156 səsə qarşı 181 səslə qalib gəlib.