Rusiya sülhməramlıları Qarabağda yerləşdirildikdən sonra həlak olan 1 960-dan çox insanın cəsədi Ermənistan və Azərbaycanın yerli hakimiyyət orqanlarına təhvil verilib.
Teleqraf.com xəbər verir ki, bunu TASS agentliyinə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini Rüstəm Muradov deyib.
Komandan bildirib ki, axtarışlar yenə də davam etdirilir:"Eyni zamanda hər iki tərəfdən 100-dən çox əsgər əsirlikdən azad edilərək vətənlərinə qaytarılıb".