“Jest üçün İsrailin Colan təpələrində süverenliyini tanıdım. Bunu 2019-cu ilin noyabr seçkilərindən əvvəl etdim. Mən olmasaydım, seçkiləri uduzacaqdı”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın sabiq prezidenti Donald Tramp İsrailin sabiq baş naziri Benyamin Netanyahu haqqında danışarkən deyib.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Benyamin Netanyahuya qəzəbli olduğunu və uzun müddət onunla danışmadığını bildirib.
Tramp İsrailin keçmiş baş nazirinin ABŞ prezidentliyini qazanan kimi Co Baydeni təbrik etməyə tələsdiyini və bunun böyük səhv olduğunu bildirib.
Keçmiş ABŞ lideri əlavə edib ki, kimsə Netanyahu üçün məndən daha çox iş görməyib.
Tramp Netanyahuya jest məqsədilə İsrailin Qolan üzərindəki suverenliyini tanıdığını, lakin köhnə dostunun Co Baydeni ondan üstün tutduğunu bildirib.