ABŞ Dövlət Departamenti heyətinin PKK-nın Suriya uzantısı olan YPG ilə ötən ay görüşməsindən sonra növbəti belə axmaq addım Avropadan gəlib.
Teleqraf.com xəbər verir ki, YPG-ni bu dəfə İsveç xarici işlər naziri Ann Linden rəhbərliyində heyət ziyarət edib.
Linde və onu müşayiət edən şəxslər qondarma “Suriya Demokratik Assambleyası”nın həmsədri İlham Əhməd ilə görüşüblər. Görüşün ABŞ-ın zirehli texnika ilə təchiz etdiyi və hərbi təlim keçən YPG-yə yardımlarını davam etdirdiyi bir vaxtda keçirilməsi diqqət çəkib.
İsveçin uşaqları qaçıran terror təşkilatı YPG-yə indiyədək 210 milyon dollar dəstək göndərdiyi bildirilir. Sözügedən məbləğin 2023-cü ildə 376 milyon dollara çatdırılması planlaşdırılır.
Nazir Linde "Twitter" səhifəsində paylaşdığı fotoda ölkəsinin YPG ilə tərəfdaşlığını davam etdirdiyini bildirib.
“İlham Əhmədlə Suriyanın şimal-şərqindəki vəziyyətlə bağlı səmimi söhbət etdik. İsveç fəal tərəfdaş olaraq qalır”,- Ann Linde elan edib.
Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 2-də Stokholmda nazir Ann Linde ilə görüşmüşdü.