SSRİ-nin dağılması və postsovet məkanında parçalanma prosesi hələ bitməyib, davam edəcək.
Teleqraf.com xəbər verir ki, bunu britaniyalı politoloq, “Valday” klubunun eksperti Anatol Liven deyib.
Onun fikrincə, istənilən imperiyanın parçalanması prosesi həmişə münaqişələr və xaosla müşayiət olunan uzunmüddətli prosesdir. Livenin sözlərinə görə, Sovet İttifaqının dağılması ilə bağlı ən təəccüblü olanı bu prosesin dinc baş verməsidir.
Liven qeyd edib ki, yaxın gələcəkdə bütün dünya dəyişəcək:
“Gələcəkdə nə baş verəcəyəni bilmirik, çünki bir çox şey dəyişir, ABŞ və Fransada nə baş verəcəyini görməliyik. Qərbin zamanla çox şey itirməsi mümkündür. Qərb demokratiyasının daha da parçalanması ehtimalı var”.
Liven əsas diqqətin yenə də Rusiyada olacağını bildirib: “Bəşəriyyətin üzləşəcəyi fəlakətli hadisələr bizi hakimiyyətə yanaşmanın özünü yenidən düşünməyə vadar edəcək”.