14 Dekabr 2021 00:26
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistanla münasibətlərin normallaşdırılması addımları çərçivəsində xüsusi nümayəndələr təyin edəcəyik".

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələrində çıxış edən nazir Ermənistanla münasibətlərin normallaşması çərçivəsində bir sıra addımların atılacağını qeyd edib.

"İrəvana çarter reyslərinə başlayacağıq. Hər addımda Azərbaycanla birlikdə hərəkət edəcəyik", - Mövlud Çavuşoğlu vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər