17 Dekabr 2021 20:00
1 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən günlərdə PKK/YPG terror təşkilatına bağlı “Suriya Demokratik Şurası”nın həmsədri İlham Əhmədlə görüşən İsveçin xarici işlər naziri Ann Linda məhkəməyə verilib.

Teleqraf.com xəbər verir ki, nazirin terrorçularla görüşünün cinayət olduğu bildirilib.

İsveçdəki Fərqli Rənglər Partiyasının sədri Mikayıl Yüksəl İlham Əhmədlə görüşən Lindanı məhkəməyə verib.

“İsveç terror qanununa görə, terror təşkilatları ilə hər hansı əlaqə cinayət sayılır. Həmçinin PKK həm İsveçdə, həm də Avropa Birliyində (AB) terrorçu təşkilatlar siyahısındadır. Ona görə də məhkəmə qarşısında iddia qaldırdıq. Nazir Lindanın görüşü ilə bağlı cinayət işi açılıb”, - siyasətçi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər