Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistana səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Çavuşoğlu Tvitter hesabında paylaşım edib.
"İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş toplantısına qatılmaq və ikitərəfli təmaslar aparmaq üçün qardaş Pakistandayıq", - Çavuşoğlu qeyd edib.