20 Dekabr 2021 00:43
298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Radikal “Taliban” hərəkatının nümayəndə heyəti İslamabadda ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest ilə məsləhətləşmələr aparıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Taliban”ın Əfqanıstanın xarici işlər nazirliyinə təyin ediyi mətbuat katibi Əbdül Kahar Bəlxi öz tviter səhifəsində məlumat verib.

Söhbət zamanı tərəflər Əfqanıstandakı mövcud iqtisadi və humanitar vəziyyəti ətraflı müzakirə ediblər.

Bundan əvvəl “Taliban” nümayəndələri Pakistanın paytaxtında BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və bir sıra digər diplomatlarla danışıqlar aparıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər