20 Dekabr 2021 09:14
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin fərmanı ilə səhiyyə naziri Aleksey Tsoy vəzifəsindən azad edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkə başçısının mətbuat xidməti məlumat yayıb.

Vəzifədən azad olunmanın səbəbi açıqlanmayıb.

44 yaşlı nazir Aleksey Tsoy 2020-ci ilin iyun ayından Qazaxıstanın səhiyyə naziri vəzifəsində, əvvəllər Qazaxıstan Prezidentinin İşlər İdarəsinin Tibb Mərkəzinin rəhbəri, səhiyyə nazirinin müavini vəzifələrində çalışıb.


Müəllif: Teleqraf.com