22 Dekabr 2021 14:54
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təl-Əviv Universitetinin (TAU) araşdırmaçıları yalanı aşkar edən proqram hazırlayıblar. Bu proqram kimin həqiqəti deyib-demədiyini fizioloji reaksiyalarla deyil, üz hərəkətlərinə əsaslanaraq müəyyən edir.

Teleqraf.com xatırladır ki, hazırda bir insanın həqiqəti deyib-demədiyini müəyyələşdirmək üçün ən geniş yayılan vasitə yalan detektoru hesab olunur.

"Yalan maşını" qan təzyiqi, tənəffüsdə dəyişikliklər və ovucların tərləməsi kimi bir sıra müxtəlif bədən reaksiyalarını ölçə bilir. Ancaq məlumdur ki, insanlar fizioloji reaksiyalarını idarə edərək testi aldada bilərlər.

Professor Kamilə Forkoş Lavan verdiyi açıqlamada deyib ki, hər hansı şəxsin yüz faiz yalan danışdığını müəyyən etmək mümkün deyil: “Yalnız yalan danışma nəticəsində artan stress ölçülə bilər. Ona görə də poliqrafiya testləri məhkəmədə sübut kimi qəbul edilə bilməz”.

TAU-dan olan tədqiqat qrupu yalançını daha yaxşı aşkar etmək üçün elektrodlar istehsal edib. Tədqiqatçılar insanların yalan danışarkən və həqiqəti söyləyərkən üz ifadələrini ölçmək üçün elektrodlardan istifadə edərək təcrübə aparıblar.

TAU professoru Dino Levi proqramın insanların yalan danışıb-danışmadığını 73 faiz dəqiqliklə təsbit edə biləcəyini deyib.

Professor Yael Hanein isə iddia edib ki, onlar geyilə bilən elektrodlarla əzələ hərəkətlərini, böyük və ya kiçik, göz hərəkətlərini və hətta beyin fəaliyyətini çəkə bilir: “Komanda elə bir nöqtəyə çatmağa ümid edir ki, insanlar yalan danışdıqlarını sadəcə video vasitəsilə müəyyən edə bilsin. İnsanların, məsələn, canlı yayımlarda və hava limanlarında video ilə yalan danışdığını öyrənmək əsl sıçrayış olardı”.


Müəllif: Nemət

Oxşar xəbərlər