22 Dekabr 2021 20:38
3 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın “Bild” qəzeti son vaxtlar Rusiya-Ukrayna sərhədinə yaxın ərazilərdə yaşayanların sosial şəbəkələrdə silah-sursat, zirehli texnika və tankla bağlı paylaşdıqları videoların sayının artdığına diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, alman nəşri Rusiyanın aylardır Ukrayna sərhədinə ağır silah və texnika daşıdığını yazıb.

“Əvvəl apreldə, sonra oktyabrda Ukrayna sərhədinə çox sayda tank, canlı qüvvə, reaktiv yaylım atəşi sistemləri və buna bənzər silahlar göndərilib. Silah və hərbi texnikalar Ukrayna sərhədindən 15-20 kilometr aralıda saxlanılır”, - qəzet qeyd edib.

“Bild”ə danışan hərbi ekspertlər və analitiklər bildiriblər ki, Rusiya Prezidenti Vladimir Putinin planları məlum deyil və onun hansı formada hücum edəcəyini bilmirlər. “Bild” xüsusilə son bir neçə gündə bölgəyə tank və ağır silahlarla yanaşı, logistika vasitələri, hərbi təcili yardım maşınları və buna bənzər vasitələrin göndərildiyini də vurğulayıb.

Qəzet baş verənlərlə bağlı NATO-dan verilən açıqlamanı da xatırladıb: “Tanklar bizi narahat etmir. Biz ancaq sərhədə təcili yardım maşınları göndəriləndə narahat oluruq”.

Rusiya üzrə mütəxəssis Endi Skollik qəzetə açıqlamasında deyib: “Ukraynaya genişmiqyaslı hücum üçün Rusiya ordusunun qurudan dəstəyə, sursat və yaralılara dərhal müdaxiləyə ehtiyacı var. Çox sayda yaralı ilə mübarizə aparmaq üçün tibbi qruplar lazımdır”.

Digər tərəfdən bəzi fotoşəkil və videolarda çox sayda rus əsgərinin qarda irəlilədiyinə diqqət çəkən ekspertlərin şərhlərini qiymətləndirən alman qəzeti sonda qeyd edib: “Hərbu qüvvələr bir neçə həftə içində hücuma keçə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər