Nigeriya hökuməti COVID-19-la mübarizə çərçivəsində ölkəyə göndərilən 1 milyondan çox vaxtı keçmiş “AstraZeneca” peyvəndini məhv edib.
Teleqraf.com xəbər verir ki, bunu Nigeriyanın Milli Qida, Dərman İdarəetmə və Nəzarət Mərkəzinin (NAFDAC) direktoru Mojisola Adeyeye açıqlayıb.
O, 11-19 oktyabr tarixlərində ölkəyə göndərilən 2,6 milyon doza “AstraZeneca” peyvəndinin çoxunun istifadə müddətini keçdiyini bildirib: “Ölkədə istifadə müddəti bitmiş “AstraZeneca” peyvəndinin 1 milyon 66 min dozası məhv edildi. Bir neçə sınaqdan sonra peyvəndin məhv edilməsinə qərar verildi”.
Nigeriya Milli Sağlamlıq Xidmətləri Agentliyinin (NPHCDA) direktoru Faisal Shuaib açıqlamasında, hökumətin istifadə müddəti qısa olan peyvəndləri artıq qəbul etməyəcəyini deyib.
Nigeriyanın Səhiyyə naziri Osagie Ehanire keçən ay vətəndaşlara bir milyona yaxın köhnəlmiş COVID-19 peyvəndi tətbiq edildiyi iddialarını təkzib edib.