Böyük Britaniyaya məxsus strateji kəşfiyyat təyyarələri Qara dənizin hava məkanına daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus “Boeing RC-135W Rivet Joint” elektron kəşfiyyat təyyarəsi Qara dəniz bölgəsinə daxil olaraq Rusiya silahlı qüvvələrinin Krım və Qara dənizdəki fəaliyyətini izləməyə başlayıb.
NATO hərbi təyyarəsinin hərəkət xəritəsinə əsasən, Leykenhit Hərbi Hava Qüvvələri bazasından havaya qalxaraq Avropa üzərindən keçərək, şimal-qərbdən Ukraynanın hava məkanına daxil olub, ölkənin mərkəzi hissəsi, sonra Odessa vilayəti üzərindən uçub. Bundan sonra kəşfiyyat heyəti cənuba doğru irəliləyib, bundan sonra Rusiyanın ərazi sularının cənub sərhədinə yaxınlaşıb. Təyyarənin Kerç boğazı ətrafında dövrə vurduğu bildirilib.
Dekabrın 11-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus oxşar təyyarə Donbas yaxınlığında kəşfiyyat fəaliyyətləri həyata keçirib. Donbasda təmas xəttinə yaxın olan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi cənuba dönüb, daha sonra Krım və Qara dəniz sahillərində Rusiya sərhədləri boyunca qərbə doğru uçub.