İngiltərə polisi Böyük Britaniya kraliçası II Yelizavetanın Milad bayramını qeyd etdiyi Vindzor qəsri ərazisinə soxulmuş silahlı şəxsi saxlayıb.
Teleqraf.com xəbər verir ki, 19 yaşlı şəxs mühafizə olunan əraziyə silahla girmək ittihamı ilə saxlanılıb.
O, Vindzor qəsri ərazisinə daxil olub, lakin iqamətgahın heç bir binasına girə bilməyib. Hadisə ilə bağlı kral ailəsinə məlumat verilib.