Rusiyanın Şimali Atlantika alyansına daxil olması qeyri-mümkündür, çünki Qərb beynəlxalq arenada təsir gücünə malik rəqiblərin olmasını istəmir.
Teleqraf.com xəbər verir ki, bu barədə bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Solovyev Live” YouTube kanalı üçün Vladimir Solovyevə eksklüziv müsahibəsində bildirib.
Rusiyanın NATO-ya daxil olma situasiyasının müəyyən şərtlərlə, xüsusən də bərabərhüquqlu və tərəfdaşlıq əsasında mümkün olub-olmaması barədə suala cavab verən diplomatik xidmət rəhbəri belə bir imkan görmədiyini qeyd edib.
“Mən belə bir situasiya görmürəm, çünki bütün proses NATO və ya Avropa İttifaqı ətrafında cərəyan etmir, bu proses Qərbin beynəlxalq arenada təsir baxımından zərrə qədər müqayisə oluna bilən rəqiblərinin olmasını istəməməsi ətrafında cərəyan edir”, - deyə Sergey Lavrov bildirib.
Xarici işlər naziri əlavə edib ki, Rusiyanın NATO-nun şərqə doğru genişlənməsi tələbinin diqqətdən kənarda qalmayacağına dair ciddi şübhələri var.
“Bizim təkliflərimizdə olan əsas məsələnin, yəni NATO-nun şərqə doğru genişlənməməsi ilə bağlı qeyd-şərtsiz tələbin yerinə yetiriləcəyinə dair ciddi şübhələrimiz var”, - Lavrov deyib.