Bəşər Əsəd rejimi Dəməşqdə 5 milyon dollar xərcləyərək Milad bayramı keçirib.
Teleqraf.com xəbər verir ki, Qərb ölkələri yeni ili qarşılamaq üçün nəzərdə tutulan tədbirlərini təxirə saldığı təqdirdə Bəşər Əsəd paytaxtda 5 milyonluq mərasim təşkil edib.
Suriyanın sabiq baş naziri Əhməd Toma deyib ki, Dəməşq rejimi 5 milyon dollar xərcləyərək qərbli xristian ölkələrə “islamı boğduq, sizdən fərqimiz yoxdur” mesajı verir.
Onun sözlərinə görə, Dəməşqdə belə tədbir keçirildiyi halda İdlib, Zahteri, Tenef, Qamışlı, Hasake, Raqqa, və digər ərazilərdəki düşərgələrdə 5 milyon suriyalı çətin şərtlər altında yaşayır.
Əhməd Toma bildirib ki, Suriya paytaxtında bir ailə çörək tapmaq üçün təxminən üç saat gözləyir: “Əsədin nəzarət etdiyi bölgədə qaz, benzin yoxdur. PKK terrorçularına Suriyanın üçdə birini təslim edib. Xalqın yarısı ölkədən qovuldu, amma 10 illik dəhşəti Milad bayramı görüntüsü altında qeyd etdi”.
Ölkənin sabiq baş naziri qeyd edib ki, Baas rejiminin şişirdilmiş bayramları onların həqiqi xarakterinin ən gözəl nümunəsidir: “Əsəd və onun tərəfdarları insanların əzablarına məhəl qoymur, onların 90 faizi tamamilə dağıdılmış şəhərlərdə aclıq həddinin altında yaşamağa məhkumdur. O, milad bayramı adı altında vəhşiliyini qeyd edir, görün bizə qarşı üsyan edənləri necə əzəcəyik deyir. Bununla o, ölkədə və beynəlxalq ictimaiyyətdən mövcud olan real mənzərəni gizlətməyə çalışır və “burada hər şey normaldır” görüntüsünü yaratmağa çalışır”.