Əfqanıstanın paytaxtı Kabilin mərkəzi hissəsində şənbə günü baş verən partlayış nəticəsində iki nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin “Taliban” hərəkatı tərəfindən yaradılan müvəqqəti hökumətdəki mətbuat xidmətinin bəyanatında deyilir.
Yerli “Aamaj News” agentliyi isə xəsarət alanların mülki şəxs olduqlarını xəbər verib.