“Forbes” 2021-ci ildə ən çox gəlir əldə edən Rusiyanın ən zəngin insanlarının adlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin ən zəngin rusiyalı milyarderləri arasında Teleqram sosial şəbəkə platformasının qurucusu Pavel Durov və “Wildberries” şirkətinin yaradıcısı Tatyana Bakalçuk da var.
Hər iki şəxsin sərvəti müvafiq olaraq 13.81 milyard və 11.92 milyard dollar artıb.
2021-ci ilin ən varlı rusları reytinqində birinci və ikinci yerləri Pavel Durov və Tatyana Bakalçuk tutub. Qeyd edək ki, il ərzində Durovun sərvəti 13.81 milyard dollar artaraq 17.24 milyard dollar olub. 2021-ci ilin mart ayında Durovun Teleqramı ilk dəfə olaraq 1 milyard dollar toplayıb.
Bakalçuk isə 2021-ci ildə sərvətini 11.92 milyard dollar artıraraq 13.02 milyard dollara çatdırıb. “Wildberries”in dövriyyəsi yanvar-sentyabr aylarında illik müqayisədə 89% artaraq 538.9 milyard rubla çatıb.
Rusiyanın ən zənginləri siyahısında sənayeçi Andrey Melniçenko (25.37 milyard dollar) üçüncü, metallurq Aleksey Mordaşov (29.52 milyard dollar) və neft şirkətinin sahibi, azərbaycanlı iş adamı Vahid Ələkbərov (26.16 milyard dollar) dördüncü və beşinci yerdədir.