Ukraynaya hərbi müdaxilə olarsa, Moskva bunun ağır iqtisadi və diplomatik nəticələri ilə üzləşəcək.
Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyanın Lordlar Palatasının üzvü Zak Qoldsmit deyib.
“Rusiyanın Ukrayna sərhədləri yaxınlığında hərbi qüvvələrinin sayını artırmasından dərin narahatıq. Gəlişmələri diqqətlə izləyirik. Rusiyaya açıq şəkildə bildirmişik ki, Ukraynaya istənilən hərbi müdaxilə strateji səhv olacaq və bu, ciddi iqtisadi, diplomatik problemlərə gətirib çıxaracaq”, - Qoldsmit qeyd edib.
Bir müddət əvvəl Qərb dövlətləri - Britaniya, ABŞ, Fransa, Almaniya və İtaliya Rusiyanı Ukrayna ilə sərhəddə gərginliyi azaltmağa çağırıblar. Onlar Moskva və Kiyev arasındakı problemlərin “Normand formatı”nda həll edilməli olduğunu bildiriblər.