4 Yanvar 2022 15:22
6 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa NATO-dan çıxmalıdır, bizim əsas portnyorumuz Rusiyadır”.

Teleqraf.com xəbər verir ki, bunu Sosialist İtaətsiz Fransa (LFİ) Hərəkatının lideri və prezidentliyə namizəd Jan-Lük Melenşon bəyan edib.

O bildirib ki, NATO-dan çıxmağın tərəfdarıdır və Rusiyanı düşmən etməyin əleyhinədir.

Prezidentliyə namizəd Tvitter hesabında “Mən NATO-dan çıxmaqdan yanayam, gərginliyin azaldılması lazımdır” ifadəsini yazıb.

“France Inter” radiosuna da açıqlama verən Melenşon NATO-dan çıxmağın ABŞ-ın hərbi avantüralarına qarışmamaq üçün bir fürsət olduğunu bildirib: “Rusiya bizim portnyorumuzdur, onun düşmən edilməsinə qarşıyam. Rus liderə verilən sözə xəyanət edilməsinə qarşıyam. Onlara NATO-nun Rusiya sərhədlərinə dayanmayacağına dair söz vermişdilər”.

Solçu lider eyni zamanda Ukraynanın NATO-ya üzv edilməməsinin vacibliyini deyib. O, həmçinin “Soyuq müharibəyə” qarşı çıxış edir.


Müəllif: Nemət

Oxşar xəbərlər