Alma-Atada qazın bahalaşmasına etiraz olaraq keçirilən aksiyalarda 120-dən çox avtomobil yandırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə şəhərin komendantı Kanat Taymerdenov məlumat verib.
“Etirazçıların qanunsuz hərəkətləri nəticəsində 120-dən çox avtomobil, o cümlədən 33 polis maşını, təcili yardım briqadaları, yanğınsöndürən maşınlar yandırılıb”, - deyə “Sputnik Qazaxıstan” onun sözlərindən sitat gətirib.
O, zorakılığın daha da artmasının qarşısını almaq üçün vətəndaşları şəhərin küçələrini tərk etməyə çağırıb.
Bundan əvvəl Alma-Atadakı etiraz aksiyaları zamanı 5 təcili yardım əməkdaşının yaralandığı məlum olub.