5 Yanvar 2022 23:13
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putin və qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə Qazaxıstandakı vəziyyətlə bağlı telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus prezidentinin “Pul pervoqo Telegram” kanalı məlumat yayıb.

"Belarus prezidenti əvvəlcə rusiyalı, sonra isə qazaxıstanlı həmkarı ilə Qazaxıstandakı vəziyyətlə bağlı məsləhətləşmələr aparıb. Bütün Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı ölkələrinin liderləri daimi təmasdadırlar”, - deyə məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər