7 Yanvar 2022 00:27
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan təhlükəsizlik qüvvələri Qızılorda vilayətində əks-terror əməliyyatı keçirir, 168 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Xabar-24" televiziya kanalı bölgənin rəhbəri Gülşara Abdıkalikovaya istinadən bildirib.

Məlumata əsasən, Qızılorda vilayətində baş verən iğtişaşlar nəticəsində bir neçə inzibati binaya, o cümlədən akimlik (administrasiya), Nur Otan partiyası filialının binasına və məhkəmə binasına ziyan dəyib.

G.Abdıkalikova bildirib ki, hazırda 168 nəfər xəsarət alıb, onlardan 77-si xəstəxanaya yerləşdirilib. O, bütün vətəndaşları ictimai asayişə riayət etməyə və yalnız fövqəladə hallarda evlərini tərk etməyə çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər