7 Yanvar 2022 20:38
1 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanacağın bahalaşmasından sonra xalq yanvarın 2-dən etibarən küçələrə çıxdı və Qazaxıstanda hər yer döyüş meydanına çevrildi. Hökumətin istefası və ya ölkə daxilində fövqəladə vəziyyət qərarı gərginliyi azaltmaq üçün kifayət etmədiyi halda, Prezident Kasım Jomart-Tokayev bu gün xalqa müraciətində hüquq-mühafizə orqanlarına və orduya xəbərdarlıq etmədən terrorçuları öldürmək üçün atəş açmaq səlahiyyəti verdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Prezident Tokayevin verdiyi tapşırığın Qazaxıstanda gərginliyi artıracağı gözlənildiyi vaxt açıqlanan statistika ölkədəki gərginliyin ciddi həddə çatdığını ortaya qoyub.

Qarşıdurmalarda 26 etirazçının öldüyü, 18 hüquq mühafizə orqanı əməkdaşının həyatını itirdiyi, 748-nin isə yaralandığı bildirilib.

Bölgədə baş verən son hadisələr barədə xəbər verən qazax jurnalist Gülsüm Xəlilova Tvitter hesabında Janaozendəki etirazçıların 4 tələbi deyib.

Etirazçıların irəli sürdüyü tələblər bunlardır:

Siyasi hakimiyyətin dəyişdirilməsi

Seçkilərin keçirilməsi

1993-cü il Konstitusiyasına qayıdış

Vətəndaş cəmiyyəti fəallarına təqibə son qoymaq.

Yanvarın 2-də Qazaxıstanın qərbində təbii qazın iki dəfə bahalaşması və sosial-iqtisadi vəziyyətin pisləşməsi zəminində başlayan etirazlar ölkənin digər bölgələrinə də sıçrayıb. Küçə qarşıdurmasına çevrilən aksiyalarda təhlükəsizlik qüvvələri ilə etirazçılar üz-üzə qalıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər