19 Noyabr 2014 11:02
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Honkonqda nümayişçilərlə polis arasında toqquşmalar baş verib.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bir qrup nümayişçi parlament binasına soxulublar.

Təhlükəsizlik qüvvələri etirazçılara qarşı dəyənək və göz yaşardıcı qazdan istifadə etməyə məcbur olub. Toqquşmalar nəticəsində dörd gənc həbs edilib, üç polis əməkdaşı isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdiriliblər.

Qeyd edək ki, Honkonqda etiraz aksiyaları sentyabrın 26-da başlayıb. Nümayişçilər şəhər icra hakimiyyətinin seçilməsi zamanı demokratiya tələb edirlər.

Samir


Müəllif:

Oxşar xəbərlər